Azərbaycanda polis kapitanı balta ilə vuruldu
Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib. Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər. Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar.
Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rəfael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib. Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, bu hadisə ilə bağlı 3 nəfər kənd sakini saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır