Azərbaycanda narkotacir saxlanıldı
Şirvan şəhərində “Tosu” ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.
Şirvan şəhər Polis şöbəsinin (PŞ) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Tosu” ləqəbi ilə tanınan Qaçayev Toğrul Rafət oğlu şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4000 ABŞ dolları və 4900 manat aşkar edilrərk müsadirə edilib.
Onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb və barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO
"BakuBus" sürücü ilə sərnişin arasındakı insidentə görə üzr istədi
Canlı yayımda Sedat Pekerə söyüş söydü - Evində GÜLLƏLƏNDİ
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı