Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
2026/2027-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları 8 min manata qədər yüksəlmişdir.
Minval.info xəbər verir ki, bu məlumat “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.
I ixtisas qrupu üzrə ən bahalı təhsil haqları ADA Universitetindədir və burada bütün ixtisaslar üçün illik ödəniş 6 000 manatdır. Bakı Ali Neft Məktəbində isə Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarının hər biri üçün illik təhsil haqqı 4 500 manatdır. Xəzər Universitetində isə bütün ixtisaslar üzrə bu məbləğ 4 500 manat təşkil edir.
II ixtisas qrupu üçün ADA Universitetində Maliyyə ixtisasında ingilis dilində təhsil almaq istəyənlər illik 8 000 manat ödəməlidir. Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və Maliyyə ixtisaslarının hər biri üçün illik təhsil haqqı 4 500 manatdır. Xəzər Universitetində isə bu qrup üzrə ixtisasların illik təhsil haqları 4 500, 5 000 və 5 500 manat arasında dəyişir.
III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik təhsil haqqı 4 800 manatdır. ADA Universitetində Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarının hər biri üçün illik ödəniş 6 000 manatdır. Hüquqşünaslıq ixtisası üzrə isə bu məbləğ 8 000 manatdır.
IV ixtisas qrupu üzrə ən yüksək təhsil haqları Azərbaycan Tibb Universitetindədir və burada ixtisaslardan asılı olaraq illik ödəniş 4 500-5 000 manat arasında dəyişir. Xəzər Universitetində isə bu qrup üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500 manatdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!