Azərbaycanda əməliyyat - Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı
Bakı-Sumqayıt yolu üzərində yerləşən məşhur “Pəhləvan” kafesinə polis basqını olub.
“Minval.info” “BakuPost”a istinadən xəbər verir ki, ötən həftə sonu həyata keçirilən əməliyyat zamanı xeyli şəxs saxlanılıb.
Bildirilir ki, uzun illərdir, əsasən fahişəxana kimi fəaliyyət göstərən bu məkanda qadınlar heç bir tibbi müayinədən keçirilmədən cinsi istismara məruz qoyulur.
Əməliyyat zamanı kafedə işləyən 51 qadın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və tibbi müayinədən keçirilmək üçün dəri zöhrəvi xəstəlikləri üzrə ixtisaslaşmış müvafiq qurumlara göndərilib.
Məlumata görə, əməliyyata səbəb də burada müxtəlif xəstəliklərin daşıyıcısı olan qadınların seks işçisi kimi çalışdığının ortaya çıxmasıdır.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır