Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Minval.İnfo-ya verilən məlumata görə, onlardan 58,8%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,7%-i isə əlilliyə görə pensiya alanlardan ibarətdir.
Azərbaycanda fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar və həyata keçirilən sosial müdafiə tədbirləri 2018-ci ildə də pensiyalarda artım tempinin davam etməsini şərtləndirib.
Belə ki, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan cari il 1 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu göstəricilər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğinin 8,8%, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27% artdığını göstərir.
Hazırda Azərbaycanda yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə (525,6 manat) nisbəti 46,5%-dir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalarda 2018-ci ildə də artımın özünü göstərməsi cari ilin ötən aylarında da hər ay üzrə pensiyaların elə həmin ay ərzində maliyyələşdirilməsinə imkan verib. Ötən ay isə Novruz bayramı ərəfəsində mart ayı üzrə bütün əmək pensiyalarının ödənişi tam yerinə yetirilib ki, bu da pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davam etdiyini təsdiq edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qərb bölgəsində dağlıq ərazilərə qar yağıb
"Davam" Turizm klubu "Tour&Info" layihəsinə start verib
Nazirlik xəbərdarlıq etdi - Yağış, qar yağacaq
Sabahın hava proqnozu
Polis məzun günü ilə bağlı valideynlərə xəbərdarlıq etdi
"Bakı Taksi Xidməti"nin direktoru işdən çıxıb