Azərbaycanda külli miqdarda narkotik maddə aşkar edildi
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Abdulrəhim Axundov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 14 kiloqram 775 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş vəziyyətdə çəkisi 19 kiloqrama yaxın olan 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-də İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır