Azərbaycanda karantin sərtləşdiriləcək?
“Digər ölkələrin təcrübəsinə baxanda son dörd həftə ərzində ümumi yoluxanların 40%-i “omicron” ştamına yoluxanlardır”.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.
O qeyd edib ki, artıq Azərbaycanda da koronavirusun “omicron” ştamına yoluxmalar artır. Nazir sanitar-gigiyenik qaydalarla bağlı əhalini diqqətli olmağa çağırıb.
Nazir bildirib ki, Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var. Bununla yanaşı Azərbaycanda yeni vaksinin sınaqlarına başlanacaq.
Nazir əlavə edib ki, Azərbaycanda son illər yerli dərman istehsalına da böyük təkan verilir.
Teymur Musayev karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
