Azərbaycanda ilginc hadisə: Bələdiyyə sədri onu lağa qoyan icra başçısını məhkəməyə verdi
Ağsuda icra başçısı ilə bələdiyyə sədri arasında gərginlik yaşanıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib. O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət verib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyib.
Məsələ ilə bağlı açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirib ki, icra başçısı onun gördüyü işləri məsxərəyə qoyduğu üçün bu addımı atıb:
ƏLAQƏLİ
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
“Bir müddət əvvəl Gəgəli kəndində icra başçısı Rövşən Bağırovun səyyar görüşü keçirilmişdi. Görüşdə bələdiyyə ilə bağlı məsələlər müzakirəyə çıxarılanda Rövşən Bağırov öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirdi və bələdiyyənin gördüyü işləri lağa qoydu. Mən də məhkəməyə şikayət verdim. Dünən məhkəmə prosesi keçirildi. Mən şahidlərin adlarını düzgün qeyd etməmişdim.
Sənədlərdə uyğunsuzluq olduğu üçün məhkəmə təxirə salındı. Növbəti günlərdə yenidən şikayət edəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var