22.10.2026 - 13:14
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü
Kriminal 190 baxış

Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü

Baku.ws-ın məlumatına görə, Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatları üzə çıxıb. Qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə qurduqdan sonra Tacikistana köçərək, burada xırda ticarətlə məşğul olub və daha sonra vafli istehsalı sexi açaraq sahibkarlıq fəaliyyətini genişləndirib.

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar İftixarın biznesi çöküb və o, ailəsi ilə Azərbaycana qayıdıb. Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində valideynləri ilə birgə yaşayan İftixar psixoloji gərginlik keçirib və spirtli içki qəbul etməyə başlayıb. Sərxoş vəziyyətdə ailəsi ilə mübahisələr edən İftixar, sonuncu dəfə qızının küçədə oğlanla söhbət etdiyini görəndə dava salıb.

Hadisə zamanı oğlu Ayxan Vəlizadə atasının qızını döyməsinə mane olmaq istəsə də, İftixar sakitləşməyib və ailəsinə hücum edib. Bu zaman Ayxan atasına qarşı çıxıb və İftixarın ailə üzvlərinə əxlaqsız deməsindən əsəbiləşərək ona bıçaqla zərbələr endirib. İftixar aldığı zərbələr nəticəsində həyatını itirib.

Hadisədən sonra Ayxan Vəlizadə saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş açılıb. Lakin məhkəmə istintaqı zamanı Ayxanın hərəkətinin zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə olduğu qərara alınıb və bu səbəbdən maddə 123.1-ci maddəyə tövsif edilib. Ayxan Vəlizadə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: