Azərbaycanda güclü yanğın - 5 rayondan yanğınsöndürənlər cəlb edildi
Göyçayda güclü yanğın baş verib.
Minval.info APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.
Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər “Gilan Holdinq”ə məxsus 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir. Alovun qarşısının alınması üçün tədbirlər görülür. Yanğının söndürülməsinə 5 rayondan yanğınsöndürənlər cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə ölüb
DİN: Ötən gün 2 yol qəzası olub, 2 nəfər ölüb
Bakıda özünü 3-cü mərtəbədən atan kişi sağ qalıb
Azərbaycanda müğənni yol qəzasında öldü – FOTO
Bakıda məşhur restoran yanır - YENİLƏNİB
On üç aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsmayıllıda kütləvi zəhərlənmə