Kiçik avtomobillər: Əyləncə yoxsa təhlükə?
Son günlər şəhər yollarında kiçikölçülü avtomobillərin istifadəsi geniş müzakirə mövzusuna çevrilib. Bu avtomobillər, kiçik ölçüləri və fərqli dizaynları ilə diqqət çəkir. Qiymətləri 9-18 min manat arasında dəyişən bu modellər, saatda 80-100 kilometr sürət yığa bilirlər.
Minval.info xəbər verir ki, satıcı Muraz Hudulovun sözlərinə görə, ölkəmizdə bu tip avtomobillər əsasən əyləncə və drift məqsədilə istifadə olunur. Xarici ölkələrdə isə onlar gündəlik nəqliyyat vasitəsi kimi də istifadə edilir.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, bu nəqliyyat vasitələri oyuncaq deyil və onların idarə olunması üçün müəyyən tələblər mövcuddur. “Bu avtomobillərin nəqliyyat vasitəsi olması, onları istənilən yerdə və formada sürə bilmək mənasına gəlmir. Bu avtomobillər üçün xüsusi meydançalar və qapalı zonalar tələb olunur. Həmçinin, bu nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ da tələb edilir və ‘A1’ altkateqoriyası lazımdır,” – deyə ekspert vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır