Azərbaycanlı dənizçilərin həbs müddəti uzadıldı
Şimali Kipr Türk Cümhuriyyətində baş verən gəmi qəzası nəticəsində 14 nəfərin itkin düşməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib. Məhkəmə qərarına əsasən, hadisə ilə bağlı saxlanılan 9 nəfərin, o cümlədən gəmi heyətinin 8 üzvünün polis nəzarətində saxlanılma müddəti daha 7 gün uzadılıb.
Minval.info xəbər verir ki, hadisə ilə bağlı “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq davam etdirilir. Gəmi heyətində üç Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov çalışıb. Onlar gəmidə matros, yağlayıcı və köməkçi heyət vəzifələrində çalışıblar.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan vətəndaşı olan heyət üzvlərinin istintaq çərçivəsində hüquqi statusunun obyektiv şəkildə qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır.
O.Həsənoğlunun sözlərinə görə, hazırda aparılan istintaq çərçivəsində gəminin kapitanı, ikinci kapitan, baş mexannik və köməkçi mexannik gəminin idarə olunması, texniki vəziyyəti və səfərə hazırlığı ilə bağlı əsas məsul şəxslər sırasında qiymətləndirilir. Gəminin texniki vəziyyətinin, səfərə yararlılığının və hərəkətə buraxılmasının qiymətləndirilməsi digər köməkçi heyət üzvlərinin əsas vəzifələri sırasında olmaya bilər.
O əlavə edib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri hadisə zamanı gəmini son anda tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir