Azərbaycanda gənc xəstəxana işçisi qəfildən ölüb
Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.
Minval.info-un Report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacaqda baş verib.
Belə ki, rayonun Mahmalar kənd sakini, 1992-ci il təvəllüdlü Aygün İlqar qızı Şibliyeva dayanacaqda marşrut gözləyən zaman qəfildən halı pisləşərək yıxılıb.
Hadisə yerində olan sakinlər dərhal ona kömək etməyə və yerdən qaldırmağa çalışıblar. Lakin A.Şibliyeva orada ölüb.
Gənc qadının ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Şibliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının işçisi olub.
Hadisə A.Şibliyeva işdən çıxıb evinə gedərkən baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi