Azərbaycanda fəhlələri daşıyan mikroavtobus yanıb: Yaralılar var – FOTO

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb.
Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?