Azərbaycanda dörd vulkan püskürə bilər - AÇIQLAMA
Fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələdən sonra dörd vulkan aktivləşə bilər.
Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.
Onun sözlərinə görə, zəlzələnin Qobustanda “Şıxzərli”, Şamaxıda “Quşçu”, “Dəmirçi”, “Qızmeydan” vulkanlarında aktivləşmə yarada biləcəyi ehtimal olunur:
“Çünki güclü zəlzələ baş verdikdə vulkanlar aktivləşir. Adlarını çəkdiyim vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ zamanı yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur.
Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ olduqda püskürmə baş verir. Buna görə də bu vulkanların püskürəcəyi gözlənilir”.
Adil Əliyev qeyd edib ki, hazırda zəlzələ baş verən ərazidə araşdırma aparılır:
“Dəqiq məlumatı araşdırmadan sonra demək mümkündür. Bəlkə də, aktivləşmə püskürmə şəklində yox, vulkanın fəaliyyətində aktivlik şəklində özünü göstərəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır