22.02.2019 - 14:25
Hadisə 42 baxış

Azərbaycanda daha bir avtobus dəhşəti: Ölən və yaralıların adları - Fotolar

Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

Minval.info report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, “Ford” markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı.

Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: