Azərbaycanda dəhşətli intihar - Müəllim qumbara ilə özünü partlatdı
Gədəbəydə dəhşətli hadisə baş verib.
Minval.info Open.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Sakinlər şəhər ərazisində güclü partlayış səsi eşidiblər. Dərhal hadisə yerinə təcilli tibbi yardım, polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə yerindən bir nəfər yaralı dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı dünyasını dəyişən şəxsin rayon sakini, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov olması müəyyən edilib. O, “F-1” əl qumbarasını əlində partladaraq intihar edib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Onu da qeyd edək ki, intihar edən N. Bayramov peşə liseyində idman müəllimi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır