Azərbaycanda dəhşətli hadisə: İki nəfər öldü,yaralılar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkən yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilində idarəetməni itirərək Fərman Adıgözəlovun idarə etdiyi “Qaz-El” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində, “VAZ”-da olan Quba şəhər sakinləri – 1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov (sürücü) hadisə yerində və 2000-ci il təvəllüdlü Taleh Hafiz oğlu Abıyev xəstəxanaya aparılarkən ölüb.
“VAZ”-da olan digər iki sərnişin – Qubanın İkinci Nügədi kənd sakini, 1992-ci il təvəllüdlü Rahim Elman oğlu Qəhrəmanov, Amsar kənd sakini, 2005-ci il təvəllüdlü Bəhruz İlham oğlu Şərafəddinov və “Qaz-El”də olan sərnişinlər – Quba şəhər sakinləri – 1972-ci il təvəllüdlü Elmar Abdulhəmid oğlu Babayev və 1968-ci il təvəllüdlü Azər İbrahim oğlu Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır