Azərbaycanda dəhşət: Ana körpəsini öldürdü - Təfərrüat
Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.
Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.
Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya – Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən edilib ki, F. Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, “dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu” diaqnozu ilə qeydiyyata götürülüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır