Azərbaycanda bu əraziyə sel düşüb

Avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata görə, Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, eyni zamanda Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda qeydə alınıb.
Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35.0 mm (aylıq normanın 61%-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Yağışın miqdarı Kişçayda (Şəki) 14.0 mm, Xınalıqda 13.0 mm, Qrızda 8.0 mm, Sarıbaş (Qax), Gəncədə 7.0 mm, Qusarda 6.0 mm, Quba, Şəkidə 5.0 mm, Şinçay Şin, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3.0 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2.0 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır