Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadının kimliyi bilindi
Sosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.
“Minval.info” xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dərhal hadisə yerinə yollanan polis əməkdaşları onu həmin kənd ərazisində aşkar edib.
“Aşkar edilən zaman qadın videoda göstərildiyi kimi tövlədə olmayıb. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək”, – deyə E.Qasımov qeyd edib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır