Azərbaycanda biabırçı görüntü - İnsanlar təhlükəli vəziyyətdə köməksiz qalıb (Video)
Azərbaycanda yaşayış binasında biabırçı mənzərə yaranıb.
Minval.info xəbər verir ki, boru yoxlanılmadan xəttə su verilib və nəticədə mənzilli su basıb. Ev sahibləri deyir ki, buna səbəb “Azərsu” ASC-nin işə məsuliyyətsiz yanaşmasıdır.
Qeyd edək ki, mənzildə elektrik yuvasından belə su fışqırdığından təhlükəli vəziyyət yaranıb.
Görüntülər sosial mediada yayılıb və evlərinə ziyan dəyən şəxslər yardım istəyiblər:
“Sizdən xahiş edirik, bizim şikayətimizi ictimaileşdirəsiniz. “Azərsu” təzə xətt çəkib. Yoxlanış olmadan suyu veriblər. Ev suyun içində qalıb. 1 saatdır “Qaynar xətt”ə məlumat vermişik. Baxan yoxdur. Evdə xəstə və körpə uşaqlar. Bütün elektrik sistemi köçüb. Binada partlayışın olmasının qarşısını hələ də tam ala bilməmişik”.
Minval.info hadisənin dəqiq harada baş verdiyini öyrənməyə çalışsa da, saytımıza bildirildi ki, problem yaxın saatlarda həll olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır