20.11.2018 - 14:47
Hadisə
23 baxış
Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı - Video
Hacıqabul rayonunda yol qəzası baş verib.
Minval.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99 XV 888 dövlət nömrə nişanlı “Dodge” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Aybəniz Ağalar qızı Bayramova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik adı açıqlanmayan sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Əldə etdiyimiz məlumata görə, hadisəyə səbəb yük maşını olub. Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29
