Azərbaycanda bank xəzinədarı həbs edildi
“Rabitəbank” ASC-nin Lənkəran rayon filialında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi üzrə istintaq tamamlanıb.
“Minval.info” xəbər verir ki, Lənkəran rayon prokurorluğunudan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat məbləğində “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.
Cəfər Sadıqzadə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır