Azərbaycanda avtomobil polisi vuraraq öldürdü
Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.
“Minval.info”-nun Oxu.Az-a istinadən verdiyi məlumatına görə, hadisə ötən gün gecə saatlarında Şabran şəhərində qeydə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, Şabran şəhər sakini Aslan Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub:
“Nəticədə polis əməkdaşı hadisə yerində aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır