10.02.2022 - 12:35
Təhsil
20 baxış
Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər
“Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük”.
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Musa Urud deyib. O, ali məktəblərdə qış tətilinin fevralın 15-də bitdiyini xatırladıb və qeyd edib ki, yeni təhsil sessiyasının başlanması “Omikron” ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılaşma təhlükəsi var:
“Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq. Üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq. Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür”.
Deputat təklif edib ki, təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın:
“Yaxud yaz sessiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10- 15 gündə “Omikron”un yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabrda bu bürclər üçün sevgi şansı!
13.09.2026 - 23:44
3,1 milyard il əvvəl su vulkanları oyandırdı
13.09.2026 - 21:59
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
13.09.2026 - 13:07
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
12.09.2026 - 19:51
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
12.09.2026 - 18:13
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
11.09.2026 - 23:40
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!
11.09.2026 - 19:49
Finlandiyalı fenomen estetik əməliyyatda həyatını itirdi
11.09.2026 - 18:32