Azərbaycanda AİLƏ FACİƏSİ: döyərək öldürüb
Oğuzda ər arvadını döyərək öldürüb.
Minval.info-nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Vaqif Aslan oğlu Mustaqov ilə həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülgəz Abdurəhman qızı Mustaqova arasında ailə münaqişəsi zəminində mübahisə düşüb.
Mübahisə zamanı V. Mustaqov həyat yoldaşı G. Mustaqovanı döyüb. G. Mustaqova aldığı müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, G. Mustaqova bu gün səhər saat 06:00 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Oğuz rayon hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli sayılan ər V. Mustaqov saxlanılıb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır