Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan öldü

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
Minval.info-nun APA-ya istinadən məlumatına görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
Məktəbdən sayta verilən açıqlamada K. Əsgərovun dünyasını dəyişdiyi xəbəri təsdiqlənib.
Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: “Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabirabadda ana, oğlu və qızı bıçaqlandı
Bakıda avtomobil yanıb
İsmayıllıda qadınları fahişəliyə cəlb edən sahibkar tutulub
Bakıda iki avtomobil toqquşub, piyada xəsarət alıb - FOTO
Bakıda 19 nəfəri aldadan şəxsin keçmiş polis olduğu ortaya çıxdı
Bakıda "Prado" qırmızıdan keçdi, bu da sonu - REAL VİDEO
Bakıda tuneldə avtobus qəzaya uğradı: təkərləri yerindən çıxdı - FOTO