Azərbaycanda 10-a yaxın kəndi sel basdı
Zaqatala rayonu ərazisində Talaçayın məcrasından daşması nəticəsində rayonun 10-a yaxın kəndinə ziyan dəyib.Minval.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, hazırda rayonun Fövqəladə Hallar Komissiyası kəndlərə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparır: “Əsasən, Tala, Mazıx, Maqov, Böyük Tala, Danaçı, Çobankol, III Tala və digər kəndlərinə ziyan dəyib. Çayın daşması nəticəsində vətəndaşların həyətyanı sahələrini su basıb, əkin sahələri məhv olub. Sahələri lil basıb. Artıq dəymiş ziyanla başlı aktlar yığılıb, ziyanın miqdarı bu gün müəyyənləşəcək”.
Y. Məmmədov bildirib ki, hadisə nəticəsində vətəndaşların avtomobillərinə də ziyan dəyib.
Xatırladaq ki, qeyri-sabit hava şəraiti nəticəsində Talaçayın Zaqatala rayonu ərazisindən keçən hissəsində daşqın olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Araz Supermarket"ə cərimə yazıldı
Masallıda baş həkim müəmması...
Həkim çardaqdan yıxılaraq ölüb
Klinikadan oğurluq edən dəstə üzvləri tutuldu
Kirayə qaldığı evdən oğurluq etdi
Prospektdə iki yeniyetmə vuruldu, biri öldü