Azərbaycana gətirilən külli miqdarda zinət əşyaları tutuldu
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Rusiya Federasiyası vətəndaşı gömrük nəzarətini “yaşıl kanal”la keçərkən saxlanılıb və yoxlama otağına dəvət edilib.
Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub.
Vətəndaş yoxlama başlandıqdan sonra pencəyinin iç cibindən çıxararaq təqdim etdiyi 4 ədəd sellafon paketə baxış keçirilib. Baxış zamanı, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 800 qram qızıl zərgərlik məmulatları – üzərində qaşlar olan 37 ədəd üzük, 65 ədəd boyunbağı, 161 cüt sırğa, 5 ədəd kulon və 37 ədəd qolbaq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır