Azərbaycan Universiteti “Qarabağ Azərbaycandır!” toplusu nəşr edib

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının “Qarabağ Azərbaycandır!” xüsusi buraxılışı nəşr olunub.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, universitetin rektoru Səadət Əliyevanın göstərişi ilə hazırlanan xüsusi buraxılış Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə, müzəffər ordumuzun erməni işğalçı qüvvələri üzərində böyük qələbəsinə həsr olunub.
Jurnalda yer alan məqalələrdə Qarabağın ən qədim zamanlardan bizim günlərə qədər tarixi əks edilib, bu diyarın Azərbaycan türklərinin əzəli yurdu olması, ata-babalarımızın minillər boyu burada davamlı yaşaması ilkin mənbələr əsasında sübut edilib. Topluda Qarabağın azad edilməsini şərtləndirən amillərin, işğal edilmiş ərazilərdə erməni vandalizmini əks etdirən faktların şərhinə xüsusi diqqət yetirilib.
Xüsusi buraxılış onlayn formatda Azərbaycan Universitetinin saytında da yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi