Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirləri davam etdirilir.
Noyabr ayının 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanmışdır. Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılmışdır.

Noyabr ayının 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olmuşdur.

Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində qayığın koordinatları müəyyənləşdirilmiş, əraziyə göndərilmiş sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış
balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunmuşdur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır