Azərbaycan Premyer Liqasında legioner limiti dəyişə bilər
Azərbaycan Premyer Liqasında komanda sayı artsa, legioner limitinə baxıla bilər.
Minval.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İctimai Televiziyada yayımlanan “Bol idman” verilişində bildirib.
Onun sözlərinə görə, hazırda yerli futbolçuların sayı azdır. Bu səbəbdən, PFL rəhbəri çempionatdakı limiti, ehtiyac olarsa, dəyişə biləcəklərini söyləyib.
Funksioner milli komandanın hər kəsin yaralı yeri olduğunu söyləyib: “Klubların çoxu deyir ki, limit ləğv edilsin, kim neçə legioner istəyir, gətirsin-oynatsın. Bu, düzgün deyil”.
Musayevin sözlərinə görə, Azərbaycanın məşhur futbolçuları limitə görə kənarda qalmır: “Gəlin, baxaq, bizim yerli futbolçular aldıqları pula layiq oynayırlarmı? Deyirsiniz ki, limiti dəyişək. Bundansa deyək ki, ay klub rəhbərləri, gəlin, yerlilərə verdiyiniz pulu endirək”.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparır. Qaydalara əsasən, onlar oyun vaxtı meydana 6 legioner və 1-i 21 yaşadək olmaqla, 5 yerli futbolçu buraxa bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
1xBet yeni bir mütərəqqi TRON aksiyasını keçirir!
"Qalatasaray" 7 transferi açıqlayır - SİYAHI
"Belə hərəkətləri çox olur" - Qurbanov Arazı cəzalandırdı
Şeydayev “Trabzonspor”a qələbə qazandırdı
Neymar qayıdacağı vaxtı açıqladı
Serxio Ramosun cəzalandırılması tələbi ilə 180 min insan petisiya imzalayıb
9 qol vurulan matçda İbrahimoviç het-trik etdi - VİDEO