Azərbaycan Avropa Məhkəməsinə müraciət etdi
“Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib”.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov deyib.
O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir: “Amma müvafiq qurumlar məlumatlandırılıb”.
Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!