Aydın Mirzəzadə yenə paylaşımı ilə gündəm oldu
Milli Məclisin deputatı Aydın Mirzəzadənin ötən gün paylaşdığı status sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, deputat nəvəsi ilə birgə Səbail rayonunda yerləşən parklardan birində qarşılaşdığı mənzərə barədə status yazıb.
“Nəvəmi Səbail rayonunda yerləşən parkların birinə gəzməyə çıxartmışdım. O, uşaq attraksionunda oynayarkən pilləkənin sol tutacağının laxladığını gördüm. Bu hansısa bir anda körpələr üçün problem yarada bilərdi.
Səbail rayon icra başçısının humanitar məsələlər üzrə müavini Kəmalə xanıma zəng edərək bu xırda problemi aradan qaldırmasını xahiş etdim.
Müəyyən vaxtdan sonra mənə şəkil göndərərək tutacağın bərkildildiyini bildirdilər”, – deyə deputat yazıb.
Daha sonra isə deputatın paylaşımı sosial şəbəkədə gündəm olub, izləyicilər tərəfindən qınanılıb.
Bir müddət sonra deputat yazdığı statusu silib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? - AÇIQLAMA
Şəhid anasından icra başçısına qarşı ittihamlar... - VİDEO, FOTOLAR
“Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...”
Vilyam Hacıyevin cinayət işi üzrə istintaq başa çatıb
Sabah 40 dərəcə isti olacaq