26.10.2026 - 12:34
Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı
Hadisə 170 baxış

Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı

Oxu.az-ın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən iki qafqazəsilli şəxsi saxlayıblar. Bu şəxslər Moskvanın raket hücumundan müdafiə sisteminə və enerji obyektinə FPV-dronlar vasitəsilə hücum etməyi planlaşdırırdılar.

FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin bəyanatına əsasən, saxlanılanlardan biri Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən ələ alınıb və maddi mükafat vəd edilib. O, Rusiyaya gələrək yaxın tanışını da bu plana cəlb edib. Onlar Kalqa və Smolensk vilayətlərindəki gizli saxlanc yerlərindən əldəqayırma partlayıcı qurğuların tərkib hissələrini və dronları çıxarıblar.

Planın növbəti mərhələsində bu dronların sazlanması və Moskva vilayətinə gətirilməsi nəzərdə tutulurdu. FTX bildirir ki, dronların idarəedilməsi Ukraynadan məsafədən həyata keçirilməli idi. Lakin hər iki şəxs terror aktına hazırlıq mərhələsində yaxalanıb.

Saxlanılan şəxslər barəsində Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onlar həbs edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: