“Atam məni istəmədi” – Rəqsanənin qızı
ARB TV-nin “Səhər- Səhər” verlişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.
Minval.İnfo-nun məlumatına görə, Aysun doğma atası ilə bağlı bir neçə fakt açıqlayıb və onu qəbul etməməsindən danışıb:
“Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, mən onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib. Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer olaraq tanınır, Aysun daha sonra müğənni olaraq tanınır və ondan sonra zəng edirlər başqa-başqa adamların adından nənəmə və ya anama ki, atası Aysunu görmək istəyir. Gözüm aydın. Aysunun indi pulu var deyə Aysunu görmək istəyir. Mənim 10 ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O öz uşaqlarından mənə daha çox can yandırır”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Sizi də, özümü də biabır etdim" - Pərvanə Dostəliyeva
"Başını aşağı sal..." - Rəqqasə Renka hədələdi – VİDEO
Bakıda sürücü "zor edirəm" deyib sərnişinləri yıxdı... - Rəsmi qurum susur
Müğənni Zenfira jurnalistə hücum çəkdi: “Səni vuraram”
Mələkxanım Əyyubova: “Nigar qələt edir, başını da daşa döyür” - VİDEO
