К содержанию

“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”

Tanınmış yazar Kəramət Böyükçöl dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında qonaq olub.

Dərgi.az xəbər verir ki, o, öz açıqlamasında ziyalı hesab edilmək istəmədiyini bildirib. Onun sözlərinə görə, bu status bir insan və yazıçı kimi azadlığını məhdudlaşdırır.

 

“Mənim üzərimə öhdəlik qoyurlar ki, ziyalısan. Mən ziyalı deyiləm. Çünki bu söz mənim bir insan kimi, bir yazıçı kimi azadlığımı məhdudlaşdırır. Mənim üzərimə öhdəlik qoymayın” – deyə, o qeyd edib.

 

Yazıçı vurğulayıb ki, Azərbaycan xalqı və cəmiyyəti qarşısında hər hansı sosial statusu yoxdur: “Seçdiyi və ya seçmədi deputat deyiləm, xalq yazıçısı deyiləm desinlər ki, sonra xalq yazıçısısan bizim istədiyimiz kimi olmalısan. Mən siravi vətandaşam. Sənin kimi mənim də facebook profilim var, gündəlik hisslərini, düşüncələri sən yazıb paylaşdığını mən də edirəm. Bu kiminsə gözündə səhv də ola bilir, düz də. Bir də hamı kimi Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi yaradıcı azadlığı var, kitablar yazıram və onu çap edib küçədə satıram”.

Kəramət Azərbaycanda deputatlığa olan maraq və seçki mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb. O, ölkədə insanların çoxsaylı cavabsız suallarının olduğunu vurğulayaraq, azad seçki keçirilsə, xalqın məşhur müğənni Manaf Ağayev kimi şəxslərə səs verəcəyini iddia edib:

“Manaf əlinə bir mikrafon alıb hər kənddə bir “Ana” mahnısı oxuyacaq, insanlarda deyəcək ki, xoşuma gəldi, gedim buna səs verim. İnsanlar da bu fikrimi alqışlayacaq ki, “Kəramət bəyə eşq olsun, düz deyir”. Mən bu fikrimə belə alternativ cavab deyərəm ki, Manaf Ağayev ona görə deputat olmaq istəyər ki, görəcək Milli Məclis kef, əyləncə, yeyib-içmək yeridir, bu da gedib namizədlik verəcək. Amma o görsəki millətə vəkillik etmək nə dərəcədə bir məsuliyyətdir, o gedib heç namizədliyini verməyəcək”.

Tarix: 2025/03/07 21:44

Qalmaqal

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

“Hikmət Rəhimov, haqqımı ver!” – “Apatiya 2″nin çəkilişlərində qalmaqal

Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi ”Apatiya” filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

Elza Vüqarı polisə verdi

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə şikayət edib.  Axşam.az xəbər verir ki, müğənni bu haqda

“Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar” – Nazilə Səfərli

Ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl alınması müzakirələrə

“Sənə heç bir rəhmət düşmür”

Akademik Milli Dram Teatrı (AzDrama) ilə yollarını qalmaqallı şəkildə ayıran aktyor Hikmət Rəhimov vəfat edən teatrın direktoru

“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” – Xalq artistindən ŞOK AÇIQLAMA

Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova barədə sərt açıqlama edib.

Azər hamını aldadıb? – Yeni detallar üzə çıxdı

Aparıcı Azər Zahidin TikTok-da yayımlanan “Təkərdə” şousu ilə bağlı yeni detallar üzə çıxıb.

Xoşqədəmdən yığılan müalicə pulunu verməməyi ilə bağlı iddialara – Cavab

Övladının müalicəsi üçün “Səni axtarıram” proqramına müraciət edən vətəndaş yığılan pulun ona verilmədiyini iddia edir.  Minval.info xəbər

“ANS-də illərlə soyulmuşam”

“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi”.

“Bir kişi ilə qadın otelə gedirsə, bu istirahətdir” – Efirdə qalmaqallı sözlər

Kulturoloq Aydın Xan Əbilov işlətdiyi fikirlərlə canlı yayımda qalmaqal yaradıb.