"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
“Rəngarəng” verilişinin son buraxılışında meyxana ustadı Vüqar Əbdülov həmkarı Pərviz Bülbülənin əvvəlki açıqlamasına cavab verib.
Minval.info xəbər verir ki, qonaq olduğu proqramda Vüqar Əbdülov Pərvizin “son zamanlar tənbəlləşib” sözlərinə münasibət bildirərək sərt açıqlama səsləndirib.
Bildirib ki, Pərviz Bülbülə vaxtilə ona ustad kimi baxıb:
“Mən Vüqar Əbdülov olaraq Pərvizə “sən tənbəlləşmisən” deyə bilərəm. Hansı ki, Pərviz uşaq vaxtı karandaşla yanağına xətt çəkirdi, güzgünün qabağında meyxana deyirdi ki, mənə oxşasın. Ona görə mən ona ustad kimi “tənbəlləşib” deyə bilərəm. Sən mənə o vaxt “tənbəlləşib” deyə bilərsən ki, məclisə girəndə mən durub səninlə görüşməyim”.
Xatırladaq ki, “Rəngarəng”in əvvəlki buraxılışında Pərviz Bülbülə Vüqar Əbdülovun son vaxtlar “tənbəlləşdiyini” bildirmişdi. Bu açıqlama iki meyxana ustası arasında polemikanın yaranmasına səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək