Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
Nura Suri: “Təmir etdir, əməkdar artist ol”
Minval.info xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə hesabında Mədəniyyət Nazirliyinin əməkdaşları ilə bağlı ağır ittihamlar səsləndirib.
Sənətçi bildirib ki, nazirlikdə Nərminə adlı xanım ona dağılmış “Mədəniyyət evi”nə direktor təyin olunmağı təklif edib, əvəzində obyektin təmir olunmasını istəyib:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış ‘Mədəniyyət evləri’nə direktor təyin edirdi. Əlbəttə, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi, nazirlik isə dövlət hesabına pul siləcəkdi”.
Nura Suri qeyd edib ki, həmin vaxt ona “Əməkdar artist” adı almaq üçün də belə bir təklif edilmişdi:
“Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi ətrafımda vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Müğənninin paylaşdığı videonun şərh bölümündə həmkarı Almaxanım Əhmədova da Mədəniyyət Nazirliyinə tənqidi fikirlər səsləndirib. O bildirib ki, dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva sənətçiləri təhdid edir və onlar bu səbəbdən problemlərini açıqlaya bilmir:
“Bir çox sənətçilər gözəl bilirlər ki, Mənzər necə adamdır. Amma qorxduqları üçün susurlar. Ona görə də dillənə bilmirlər. Bunu sübut etmək üçün əlimizdə səs yazanla gəzməli deyilik. Bir nəfər desəydi inandırıcı olmazdı, amma bir çoxu Mənzərdən narazıdır. Mədəniyyət nazirinin (Adil Kərimli) qabağında mənim, Nura xanımın, Pərviz Qasımovun, kamança ifaçısı Şəhriyarın, Elvin Novruzovun, Pərviz Fərhadovun, müğənni Təranə Mahmudovanın, tarzən Məsim İslamovun və bir çoxlarının Mənzər barədə şikayət ərizəsi var. 20-yə yaxın şahid olması böyük göstəricidir”.
Minval.info
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür