Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Təcrübəli hüquqşünas, əməkdar hüquqşünas İkram Kərimovun vaxtilə verdiyi video-müsahibə yenidən sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Mərhum hüquqşünas “Həftənin qonağı” proqramında Xalq artisti Flora Kərimova ilə illər öncəyə dayanan tanışlığından və məhkəmə zalındakı qarşılaşmalarından danışıb.
Minval.info xəbər verir ki, İkram Kərimov hakimlik və məhkəmə sədri işlədiyi illərdə Xalq artisti ilə bağlı çoxsaylı iddialara baxıldığını və müğənninin bu proseslərin böyük qismində qələbə qazandığını xatırladıb. Mərhum hüquqşünas bildirib ki, sənətçi ilə tanışlığının təməli hələ tələbəlik dövrünə, universitet tədbirlərindəki görüşlərə təsadüf edir.
Müsahibəsində Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında böyük müstəsna xidmətləri olan Şıxəli Qurbanovdan da söhbət açan İ.Kərimov onun haqqında dəyərli xatirələrini bölüşüb.
Məlumat üçün əlavə edək ki, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri postunu tutmuş və dövlət qulluğunda zəngin təcrübəyə malik İkram Kərimov avqustun 2-də, 84 yaşında dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Kəpəz" klubunda mühafizə rəisi veteran futbolçunu döydü
Kadir İnanırın miras qalmaqalı: qardaşı oğlu itmiş saatları axtarır
Mustafa Sarıgülün ailəsindəki qalmaqal: İntim videolar yayıldı
Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu