Ata mikroavtobusu park etmək istəyərkən 4 yaşlı oğlunu öldürdü

Ata mikroavtobusu saxlayarkən 4 yaşlı oğlunu əzib.
Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, Zonquldağda ata 4 yaşlı oğlunu evinin qarşısında mikroavtobusu saxlamaq üçün geriyə dönərkən əzərək öldürüb.
Zonguldak mərkəzin Kabalaklı kəndində avtobus sürücüsü olan Ergün T həyat yoldaşı və iki uşağı ilə birlikdə şəhər mərkəzindən evə qayıdıb. Həyat yoldaşı və uşaqlarının mikroavtobusdan düşüb evə getdiyini düşünən Ergün T maşını park etmək üçün geriyə manevr edib.
Ergün T həmin vaxt evə girməyən oğlu Ömər T-nin fərqinə varmayıb.
Hadisə yerinə gələn həkimlərin səyinə baxmayaraq Ömər T-nin həyatını xilas etmək mümkün olmayıb. Balaca uşağın cansız bədəni hadisə yerində aparılan araşdırmalardan sonra Zonquldak morquna aparılıb. Ömər T-nin ölümü ilə bağlı Respublika Baş Prokurorluğu istintaqa başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır