Astarada dərmandan zəhərlənən qadın xəstəxanada ölüb

Astarada dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.
Minval.info-nun Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan qəsəbəsində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Elnarə Cəbrayıl qızı Əliyeva qəfildən özünü pis hiss edib. Həyat yoldaşı yaxınlıqda yaşayan həkim tanışını evə dəvət edib. Həkim də xəstəyə dərman verib. Buna baxmayaraq E.Əliyevanın səhhəti daha da pisləşib. Onu ötən gün axşam saatlarında Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Yaxınları iddia edirlər ki, xəstəyə vaxtında düzgün tibbi yardım göstərilməyib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi aparılacaq müayinələrdən sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır