Arvadını xüsusi amansızlıqla öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Mayın 6-da 1989-cu il təvəllüdlü Masallı rayonunun Ərkivan kənd sakini Sevinc Nəsirovanın yaşadığı evdə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Masallı Rayon Prokurorluğunun Minval.info-ya verdiyi məlumata görə, istintaqla zərərçəkmişin əri 1979-cu il təvəllüdlü Rəşad Nəsirovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Sevinc Nəsirovanı azyaşlı oğlunun gözləri qarşısında kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Nəsirova Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır