“Araz” marketdən zəlzələyə yardım biabırçılığı – Bonuslar ləğv edildi
Azərbaycanın ən böyük supermarket şəbəkələrindən biri olan “Araz” Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün fırıldağa əl atıb. Belə ki, aylıq dövriyyəsi yüz milyonlarla manat olan market rəhbərliyi qardaş ölkəyə ayırdığı yardımı müştərilərin hesabına kompensasiya etməyə qərar verib.
Bakupost.az -ın əldə etdiyi məlumatlara görə, “Araz” marketlər şəbəkəsi Türkiyəyə yardım göstərdikdən sonra müştərilərə verilən bonusları ləğv edib.
Saytımızın iki əməkdaşı iki fərqli ünvanda bunun şahidi olublar.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Belə ki, əməkdaşlarımızdan biri 20-ci sahədə yerləşən “Araz Market”də təsadüfən kartına nə qədər bonus gəldiyi ilə maraqlanıb. Məbləğin az olduğuna təəccüblənən əməkdaşımız bunun səbəbini soruşduqda satıcı ona “10 manatdan az alış-veriş etdikdə daha bonus verilmir”, deyib.
Digər əməkdaşımız isə eyni halla Tbilisi prospektində yerləşən “Araz” marketdə qarşılaşıb. Belə ki, o, alış-veriş etdikdən sonra bonus kartını satıcıya uzatdıqda satıcı “xanım, onsuz da 10 manatdan az alver etmisiz, bonus verilməyəcək” deyib. Əməkdaşımız bunun səbəbi ilə maraqlandıqda marketin kassada oturan əməkdaşı belə cavab verib: “Türkiyəyə yardım etdikdən sonra şirkətin rəhbərliyi belə qərar verir. 10 manat məbləğində alış-verişə bonus düşmür”.
Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsi əlaqə saxladıq.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Marketdən bildirildi ki, araşdırma aparılacaq.
Davamı olacaq….
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var