Ermənistanın Avropa planı sual altındadır: İxrac çökür, iqtisadi itkilər artır
Ermənistanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının artımı dayanıqlı deyil və bu tendensiyanın davam edəcəyinə dair proqnozlar möhkəm əsaslara söykənmir. Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Avrasiya Reytinq Agentliyinin (ERA) araşdırmasında yer alıb.
Agentliyin analitikləri bildiriblər ki, 2025-ci ildə 2024-cü illə müqayisədə Aİ-yə ixrac artsa da, ikiillik dövrdə ümumi azalma müşahidə olunur. Buna görə də artımın gələcəkdə də davam edəcəyi ilə bağlı proqnozlar spekulyativ xarakter daşıyır.
Araşdırmada siyasi amillərin təsiri ilə Ermənistanın Rusiyaya birbaşa ixracının azaldığı, eyni zamanda Belarusiyaya tədarükün artdığı qeyd olunur. Analitiklərin fikrincə, erməni istehsalçıları Belarus bazarından aralıq vasitə kimi istifadə etməyə məcbur qala bilərlər. Bu isə logistika xərclərini artırır və məhsulların rəqabət qabiliyyətini zəiflədir.
ƏLAQƏLİ
Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq
Bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxaraq Aİ-yə üzvlüyə yönəlməsinin mümkün nəticələrinə dair hesabat hazırlayıb.
Sənəddə Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ÜDM-in 15,6 faiz azala, qazın qiymətinin 69 faiz arta biləcəyi proqnozlaşdırılır. Həmçinin spirtli içkilərin ixracının 50 faiz azalacağı, Rusiyadan pul köçürmələrinin isə iki dəfə azalaraq 1,85 milyard dollara düşəcəyi bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq
Sabahdan bu məhsulların ixrac tarifi 20 dəfə artırılır
Azərbaycan xəzinə ödənişləri 2 saata endiriləcək
Meta gəlirini artırdı, cərimələrdən yaranan zərərləri azaldır
Azərbaycanda bəzi gömrük rüsumları sabahdan 100 dəfə artırılacaq
Dünyada palma yağı bu yağla əvəz olunacaq
Qazaxıstan təmiz enerji investisiyalarını artırmaq niyyətindədir