22.10.2026 - 12:54
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Dünya 189 baxış

Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı

Rusiyanın Müdafiə Nazirliyi, gecə saatlarında Ukrayna ərazisində yerləşən hədəflərə qarşı genişmiqyaslı hücumlar həyata keçirildiyini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, hücumlar yerüstü yüksək dəqiqlikli silahlar və pilotsuz uçan aparatlarla (İHA) həyata keçirilib. Xüsusilə Kiyevdə yerləşən Antonov Aviasiya Zavodunun vurulduğu bildirilir ki, burada uzun və orta mənzilli İHA-lar, FP-5 “Flamingo” kruiz raketləri və FP-9 əməliyyat-taktiki raketləri istehsal olunur.

Minval.info xəbər verir ki, hücumlar nəticəsində şəhərdə İHA və sursat istehsalı müəssisələri ilə İHA anbarları da hədəf alınıb. Bununla yanaşı, Kiyevdə hərbi yüklərin quru və dəmir yolu ilə daşınmasında istifadə edilən Cənub Körpüsü də zərbə alıb.

Odessa bölgəsində isə Ukraynaya xaricdən göndərilən hərbi təchizatların boşaldılması və saxlanması üçün istifadə olunan Kiliya Limanı infrastrukturu hədəf alınıb. Bundan başqa, Qara dənizdə Çernomorsk Limanına Ukrayna ordusu üçün yük daşıyan bir yük gəmisinin də hərəkət halında ikən vurulduğu bildirilib.

Rusiyanın Müdafiə Nazirliyi başqa bir açıqlamasında, yerli vaxtla dünən saat 20:00-dan bu gün səhər 08:00-dək Moskva və digər bölgələrdə ümumilikdə 808 Ukrayna İHA-sının məhv edildiyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: