Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq
Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə inteqrasiya olunacaq. Baku.ws-ın “Report”a istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov açıqlayıb. O, Bakıda təşkil edilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda çıxış edib.
Nurlan Soltanov bildirib ki, elektron müqavilə sistemi həm dövlət qurumlarına, həm də sahibkarlara fayda gətirir. Bu sistem, təhvil-təslim aktlarının normativ hüquqi aktlarla müəyyən edilmiş müddətdən daha qısa vaxtda hazırlanmasına və proseslərin sürətləndirilməsinə imkan yaradır. Gələn ildən etibarən bu prosesin özəl sektoru da əhatə edəcəyi gözlənilir.
Maliyyə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu prosesdə özəl sektorun nümayəndələrinin də iştirak edəcəyi vurğulanıb. Soltanov qeyd edib ki, məqsəd sahibkarların alışdığı bütün prosesləri dəyişmək deyil, əksinə, mövcud prosesləri daha da sürətləndirməkdir. Məsələn, elektron qaimə-faktura sistemi artıq bir çox dövlət qurumlarında fəal şəkildə istifadə olunur.
ƏLAQƏLİ
Ermənistanın Avropa planı sual altındadır: İxrac çökür, iqtisadi itkilər artır
Ötən ildən etibarən fəaliyyət göstərən bu sistem vasitəsilə müvafiq əməliyyatlar icra edilir. Ölkədə banklar və digər özəl sahibkarlıq subyektləri də bu proseslərə cəlb olunaraq fəal iştirak edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bu məhsulların ixrac tarifi 20 dəfə artırılır
Azərbaycan xəzinə ödənişləri 2 saata endiriləcək
Meta gəlirini artırdı, cərimələrdən yaranan zərərləri azaldır
Azərbaycanda bəzi gömrük rüsumları sabahdan 100 dəfə artırılacaq
Dünyada palma yağı bu yağla əvəz olunacaq
Qazaxıstan təmiz enerji investisiyalarını artırmaq niyyətindədir