Arayik Arutyunyan: "Qarabağın gələcəyini Rusiyasız təsəvvür edə bilmirəm"
“Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür edə bilmirəm”.
Konkret.az xəbər verir ki, bunu Qarabağdakı separatçı tör-töküntüsünün başçısı, terrorçu Arayik Arutyunyan qondarma qurumun televiziyasına müsahibəsində deyib.
“Burada belə bir sual yaranır ki, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Lakin münaqişə artıq Ermənistanla Azərbaycan arasında məsələ deyil.
Təəssüf ki, uzun müddətdir ki, bu münaqişənin daha dərin əsasları var. Şuşa bəyannaməsi var. Türkiyənin son müharibədə və müharibədən sonra bölgədəki rolu artıb. Ona görə də biz Rusiyadan təkcə sülhməramlı missiya deyil, daha etibarlı təminatlar gözləyirik.
Bu gün, əlbəttə ki, biz beynəlxalq ictimaiyyətin fəaliyyətini alqışlayırıq. Amma açıq şəkildə demək istəyirəm ki, Rusiyanın zəmanəti olmadan Qarabağın gələcəyi mənim üçün şübhəlidir.
Qarabağın özünümüdafiəsi şübhə altına alına bilməz. Ermənistanın artıq Qarabağın müdafiəsində iştirak etməməsinə baxmayaraq, biz bunu təkmilləşdirməyə davam edəcəyik”, – deyə A.Arutyunyan deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Manaf Ağayev yeni biznes qurur
Bakıda 22 yaş gənc özünü binadan atdı
Qəza ilə bağlı sirlər açılır - Tver buna görə seçilib
Bürclər ~ 9 avqust
Günə 10 ədəd “Hell” içən kişidən dəhşətli etiraflar: “Bədənim sönüb..."