Aqil Abbas: “Hansı telekanalı açırsansa, əxlaqsızlığı yayırlar”
“Bu gün Azərbaycanda AzTV, Mədəniyyət və İctimai TV-ni çıxmaq şərtilə, digər telekanallar, özəl kanallar bu millətə nələri aşılayır?”
Deputat Aqil Abbas bu fikirləri Milli Məclisin plenar iclasında söylədi: “Hörmətli Ramiz Mehdiyev də, hörmətli Əli Həsənov da məqalələrlə çıxş etmişdi, tövsiyələr vermişdi. Bu gün özəl kanallar Azərbaycan xalqını elə təqdim edir ki… Kimsə kiminsə başını qırxır, qaynana gəlinlə dalaşır… Bir də həkim məsləhətləri, dərmanlar…”
A.Abbas təklif etdi ki, Mətbuat Şurası “qara siyahı” tutaraq qanunsuzluqlara qarşı mübarizə apardığı kimi, Teleradio Şurası da anoloji fəaliyyət göstərməlidir: “MTRŞ-yə bir səlahiyyət verilməlidir ki, belələrinə qarşı cərimə tətbiq eləsin, onları cəzalandırsın. Hansı kanalı açırsansa, əxlaqsızlığı yayırlar. Camaat uşağını rusca oxudur ki, heç olmasa rus dilində televiziyalara baxsınlar. Çünki Azərbaycan televiziyaları baxmalı deyil, baxıb nə öyrənəcəklər? Qarabağ da yaddan çıxıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi